Cəmiyyət

Gəncədə naməlum avtomobil piyadanı vuraraq qaçıb

21 İyul 2020 08:43
Baxış: 1 055
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

Naməlum avtomobil ortayaşlı kişini vuraraq qaçıb. Yaralı təcilli tibbi yardım briqadası ilə xəstəxanaya yerləşdirilib. Sərxoş olduğu deyilən piyadanın vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda piyadanın kimliyi dəqiqləşdirilir və qəzanı törədən avtomobilin tapılması istiqamətində axtarışlara başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.