Cəmiyyət

Professordan koronavirus xəbərdarlığı: Buna doğru gedirik

15 İyul 2020 23:00
Baxış: 10 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Növbəti günlərdə mövcud vəziyyətlə əlaqədar koronavirusa yoluxma halları kəskin artacaq.

Milli.Az bildirir ki, bunu axar.az-a açıqlamasında professor Adil Qeybulla ötən gün Ordumuza dəstək yürüşünün koronavirusa yoluxmanın artmasına təsirləri haqda danışarkən deyib.

O bildirib ki, artıq qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac yoxdur:

"Qabaqlayıcı tədbirlərin görülməsi artıq gecdir. Ötən gün Bakı küçələrinə minlərlə insan axışdı. Onların içində 10 faizinin xəstə olması kifayətdir ki, oradakıların hamısı yoluxsun. Bu hadisələrdən sonra yəqin ki, ölkədə virusa yoluxma hallarında artan dinamika müşahidə ediləcək. Bunun qarşısını almaq üçün karantinin uzadılması və s. kimi qabaqlayıcı tədbirə qətiyyən ehtiyac yoxdu, çünki artıq yoluxma baş verib. İnsanları maarifləndirmək lazımdır ki, karantindən sonra heç olmasa küçəyə çıxanda qaydalara əməl etsinlər. Maskadan və əlcəkdən istifadə, sosial məsafə və s. qaydalara əməl edilməlidir. Yoxsa biz kollektiv immunitetə doğru gedirik. Yəni yoluxan yoluxur, ölən ölür, qalan da qalır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.