Cəmiyyət

Müdafiə nazirinin müavini: “Düşmənə ağır və sarsıdıcı zərbə endirilib”

12 İyul 2020 22:18
Baxış: 4 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Nizam Osmanov bu gün işğalçı Ermənistanın Tovuz rayonu istiqaməti törətdiyi təxribatdan danışıb.

Milli.Az demokrat.az-a istinadən bildirir ki, general-leytenant Nizam Osmanovun dediyinə görə, hazırda işğalçı düşmən təşviş içindədir:

"Ermənistan hərbi birləşmələri dövlət sərhədimizdə növbəti dəfə təxribata cəhd edib. Ancaq Azərbaycan Ordusu düşmən təxribatının qarşısını layiqincə alıb, Ermənistan ordusuna sarsıdıcı zərbə vurub. Hazırda cəbhə bölgəsindəyik, vəziyyət ordumuzun tam nəzarəti altındadır. Düşmən təşviş içindədir. İgid və qəhrəman hərbiçilərimiz düşmənə ağır və sarsıdıcı zərbə endiriblər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.