Cəmiyyət

Subbakalavrların ali məktəblərə ərizə qəbulunun vaxtı uzadılıb

11 İyul 2020 08:48
Baxış: 1 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Subbakalavrların ali məktəblərə elektron ərizə qəbulunun müddəti uzadılıb.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən xəbərə görə, iyunun 1-dən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların əri­zələrinin qəbulu iyulun 10-u başa çatmalı idi, ancaq ərizə qəbulu iyulun 14-ü saat 23:59-dək uzadılıb. Elektron ərizəsi təsdiqlənməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Qeyd edək ki, elektron ərizələr verən subbakalavrların sayı 18527-dir. Təsdiq olunan elektron ərizələrin sayı isə 17019-dur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.