Qazaxda qətl hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.
1990-cı il təvəllüdlü Məmmədov Fərux hələlik şəxsiyyəti məlum olmayan həmyerlisini aralarında yaranmış mübahisə zamanı bıçaqlayıb.
Sonuncu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.
Milli.Az





