Qazaxda iki həmkəndlinin davası birinin ölümü ilə başa çatdı

28 İyun 2020 17:02

Qazaxda qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

1990-cı il təvəllüdlü Məmmədov Fərux hələlik şəxsiyyəti məlum olmayan həmyerlisini aralarında yaranmış mübahisə zamanı bıçaqlayıb.

Sonuncu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az