Cəmiyyət

DİN: Karantin postundan keçən qadınlar poçt işçiləri olub - VİDEO

26 İyun 2020 23:39
Baxış: 3 067
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün sosial şəbəkələrdə avtomobil idarə edən qadının və 2 rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən görüntülər paylaşılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, həmin görüntülər dərhal araşdırılıb və məlum olub ki, həmin sürücü İranə Əhmədova və 2 rəfiqəsi Mərdəkan qəsəbə sakinləridir:

"O da müəyyən edilib ki, məsələ heç də qadınların videoda səsləndirdikləri kimi deyil. Onlar Mərdəkan qəsəbəsində yerləşən poçt şöbələrindən birinin əməkdaşlarıdırlar və icaze.e-gov.az portalında icazələri mövcuddur. Gündəlik olaraq həmin postdan keçdikləri üçün polis əməkdaşları onları tanıyırlar və bilirlər ki, poçt işçiləri olaraq onların sərbəst hərəkətinə icazə verilib. Odur ki, saxlamayıblar.

Həmin qadınlar Xəzər Rayon Polis İdarəsinə dəvət edilmiş və profilaktik söhbət aparılıb. Onlar bu hərəkətlərini sosial şəbəkə izləyiciləri arasında böyük nüfuza malik olduqlarını göstərmək üçün paylaşdıqlarını bildirmiş və bu əməllərindən peşman olduqlarını qeyd ediblər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.