Operativ Qərargah xüsusi karantin rejimində KİV-lərin fəaliyyəti ilə bağlı məlumat yaydı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Qərarının əlavəsində fəaliyyətinə icazə verilmiş sahələrin siyahısında kütləvi informasiya vasitələrinin (KİV) də adı qeyd edilib. Bu məqam sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-lərin fəaliyyətinin hüquqi təminatıdır və onu göstərir ki, KİV-lərin fəaliyyəti ilə bağlı heç bir hüquqi məhdudiyyət yoxdur.
Milli.Az-ın Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən verdiyi məlumata görə, sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə bu hüquqdan istifadənin texniki tərəfi icazə.e-gov.az portalında qeydiyyatdan keçməklə həll olunur.
Azərbaycanda akkreditasiyadan keçmiş xarici KİV-lərin təmsilçiləri haqda məlumatlar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən icazə.e-gov.az portalına daxil edilib.
Yerli KİV-lərin nümayəndələri isə, Qərarda qeyd olunduğu kimi, fəaliyyət göstərdikləri KİV-in rəhbərliyi tərəfindən icazə.e-gov.az portalında qeydiyyatdan keçirilməlidir.
Mülki hüquqi müqavilə əsasında fəaliyyət göstərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən, hər hansı hüquqi şəxslə müqavilə bağlamadan VÖEN əsasında fərdi fəaliyyət göstərən şəxslər barədə məlumatlar onların özləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə etməklə icazə.e-gov.az portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.
Qeydiyyatla əlaqədar yaranan problemlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinə müraciət oluna bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)





