Cəmiyyət

Bankın filial direktoru uşaqları xilas edərkən dənizdə boğulub - Azərbaycanda

21 İyun 2020 19:10
13 Şərh     Baxış: 8 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Dünən Abşeron çimərliklərinin birində əməkdaşımız, "Mərkəz" filialının direktoru Yusif İsak oğlu Məmmədovu faciəvi şəkildə itirdik".

Bu barədə Xalq Bank-dan Milli.Az-a verilən məlumatda deyilir. Məlumatda bildirilir ki, ailəsi və dostları ilə istirahət edən Yusif dənizdə batan uşaqları xilas edərkən həlak olub:

"Valideynləri tərəfindən nəzarətsiz  qalan uşaqların sahildən uzaqda batdığını görən Yusif Məmmədov köməyə atılıb. Şahidlərin sözlərinə görə Yusif uşaqlara üzüb çataraq onları xilas edib, amma özü həlak olub".  

Yusif Məmmədov bu gün doğulduğu İmişli rayonunda dəfn edilib.

Qeyd edək ki, "Mərkəz" filialının direktoru ailəli idi, iki azyaşlı övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.