Cəmiyyət

DİN-dən müzakirələrə səbəb olan görüntülərlə bağlı AÇIQLAMA - VİDEO

8 İyun 2020 16:32
Baxış: 2 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən Yasamal rayonunda bir nəfərin karantin qaydasını pozduğu üçün saxlanılan zaman bina sakinlərinin polislərin üzərinə balkonlardan zibil torbaları atması sosial şəbəkələrdə ciddi tənqid olunub. Vətəndaşlar məsələyə münasibətlərində bunun düzgün addım olmadığını bildirərək, polisin qərarları icra etdiyini, xidmət apardığını, insanlara da karantin qaydalarına əməl etməklə evdə qalmağa çağırış ediblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Çevik Polis Alayının geniş əməliyyat qrupunun həmin binalarda keçirdiyi saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "qafqazinfo"ya açıqlamasında bildirib ki, polis həmin şəxslərlə qanun çərçivəsində davranıb: "Terrorçu kimi davranılmayıb. Xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının üzərinə eyvanlardan müxtəlif məişət əşyaları atıblar. Polisin araşdırmaları zamanı həmin şəxslər müəyyən olunub, polis də həmin şəxsləri məsuliyyətə cəlb edib. Polis qanunun verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.