Cəmiyyət

Azərbaycanda koronavirus xəstələrinin görüntüləri yayıldı - Araşdırmalara başlanıldı

8 İyun 2020 11:28
3 Şərh     Baxış: 11 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə koronavirusa yoluxan xəstələrin görüntüləri yayılıb.

Milli.Az xəbər verir ki, yayılan görüntülərin koronavirus xəstələri üçün ayrılmış xəstəxanaların birinin reanimasiya şöbəsində lentə alındığı deyilir.

İddia edilir ki, xəstələr COVID-19-a yoluxanlardır.

Xəstələrin üzlərinin aydın görünməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı oxu.az-ın sorğusunu cavablandıran TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, təmsil etdiyi qurum mövcud vəziyyətdən xəbərdardır.

R.Əliyeva bildirib ki, görüntülər, həqiqətən, pandemiya əleyhinə xəstəxanada çəkilib:

"Bəli, görüntülər koronavirusla mübarizə çərçivəsində ayrılan pandemiya xəstəxanalarından birində çəkilib. Videogörüntülərdəki xəstələr COVİD-19-a yoluxan xəstələrdir. Təəssüf ki, xəstəxana işçilərindən kimsə vətəndaşların hüquqlarını tapdayaraq, bizim qoruduğumuz gizliliyi pozub. Bilirsiniz ki, COVİD-19 xəstələrini nəinki çəkmək, hətta adlarının açıqlanmasına belə icazə yoxdur.

TƏBİB bu məsələni ciddi nəzarətə götürüb. Çox güman ki, görüntülər xəstəxana əməkdaşları tərəfindən lentə alınıb. Hazırda şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Qanunvericilik çərçivəsində bu videonu çəkən şəxs barəsində cinayət işi başlanılacaq".  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.