Cəmiyyət

"102"-yə zəng edib çörək istədi polislər qapısına gətirdi - VİDEO

7 İyun 2020 21:15
Baxış: 4 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə müraciət edən Xətai rayon İnqilab İsmayılov 16 ünvanında yaşayan paytaxt sakini Nail Şirinov iri rayon və şəhərlərdə tətbiq edilən sərt karantin rejimi ilə əlaqədar mağazaların bağlı olduğunu, evdə digər ərzaq məhsullarının olmasına baxmayaraq ailəsinin çörəyə ehtiyacının yarandığını bildirib.

Bakı şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dərhal ərazi üzrə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşın mənzilinə gedilib və müraciət edən ailə çörəklə təmin olunub.

Nail Şirinov ona göstərilən bu diqqətə görə polislərə təşəkkürünü bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.