Cəmiyyət

Günün yuxuyozması

15 Dekabr 2011 06:00
0 Şərh     Baxış: 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portalı Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.

Papaq
- Yuxuda bahalı papaq görmək o deməkdir ki, siz məşhur və xoşbəxt olacaqsınız.

Dalğa
- Əgər dalğalar təmizdirsə, elm və təhsildə qərarlı addımlar atacağınıza işarədir. Əgər çirkli və fırtına zamanı sahilə atılan dalğalar görmüsünüzsə, bu o deməkdir ki, ciddi səhv edəcəksiniz.

İnək
- Yuxuda sağılmağını gözləyərək sakit dayanan inək görmüsünüzsə, bu, arzu və istəklərinizin tezliklə həyata keçəcəyinə işarədir.

Dərə
- real həyatda tələyə düşməyə işarədir. Lakin müəyyən vəziyyətdə bu yol keçid rolunu oynaya bilər. Bu həmçinin gözəl görünüşlü, istirahət üçün əla bir yerə gətirib çıxara bilər.

Gil
- pulla bağlı çətinliklərdən xəbər verir. Əgər yuxuda gilli sahildə çala qazırsınızsa, həqiqətdə düşmənlərinizin sizə qarşı hücuma keçməyə hazır olduğuna işarədir. Torpaq qazmaq və gözlənilmədən gilin üstünə çıxmaq sizin yeni maraqlı işinizə maneələrin olduğuna işarədir. Qadınlar üçün bu yuxu xüsusilə uğursuzluq əlamətidir - səhv addımlar, öz hərəkətlərini düzgün qiymətləndirməmə və son nəticədə sevgi və işlərdə uğursuzluq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.