Cəmiyyət

ANAMA ay ərzində 278 ədəd partlamamış hərbi sursat aşkarlayıb

1 İyun 2020 08:19
Baxış: 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin may ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Ağcabədi, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 599 356 m² (60 ha) ərazi yoxlanılıb, 278 ədəd partlamamış hərbi sursat (PHS), 6 ədəd piyada əleyhinə mina və 1 ədəd tank əleyhinə mina (cəmi: 285 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-dan Milli.Az-a verilən məlumata görə, əməliyyatlarda 493 nəfər əməliyyat heyəti, 123 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

May ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 2 (iki), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 20 (iyirmi), Dövlət Sərhəd Xidmətindən (DSX) - 4 (dörd), Rayon Polis şöbələrindən (RPŞ) - 2 (iki) müraciət daxil olmuşdur (cəmi: 28 çağırış). Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 26 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağcabədi, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Füzuli, Goranboy, Göygöl, Xızı, Qazax, Tovuz rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 12 330 m² ərazi yoxlanılmış, 28 ədəd partlamamış hərbi sursat (PHS), 6 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina (cəmi: 35 ədəd) və 99 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.