Cəmiyyət

Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib - FOTO

27 May 2020 23:34
Baxış: 1 117
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın təşəbbüsü ilə elan olunmuş "İnsan Hüquqları Aylığı" çərçivəsində Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən Zaqatala rayonunun Aşağı Tala kənd 1 saylı tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə "Mənin hüquqlarım" mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib.

Ombudsman Aparatının Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, tədbirdə Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov iştirakçıları Ombudsman Səbinə Əliyevanın adından salamlayıb, Müqəddəs Ramazan Bayramı və 28 may - Respublika günü ilə əlaqədar təbriklərini çatdıraraq bildirib ki, 18 may - 18 iyun tarixlərini əhatə edən "İnsan Hüquqları Aylığı" çərçivəsində insan hüquqları, o cümlədən sağlamlıq hüquqlarının təbliği istiqamətində onlayn görüşlərin, videokonfransların və s. tədbirlərin keçirilməsi nəzərdə tutulub.

İştirakçılara ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən işlər, həyata keçirilən islahatlar, o cümlədən uşaq hüquqlarının qorunması istiqamətində atılan addımlar, bu sahədə dövlətimizin qoşulduğu beynəlxalq sənədlər, habelə milli qanunvericilik aktları barədə məlumat verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.