Cəmiyyət

Azərbaycandan Qazaxıstana 43 nəfər yola salındı

20 May 2020 10:27
1 Şərh     Baxış: 1 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyası ilə bağlı sərhədlərin bağlanması səbəbindən Azərbaycanda qalan 35 nəfər Qazaxıstan və bu ölkədə yaşamaq icazəsi olan 7 nəfər Azərbaycan, 1 nəfər Rusiya vətəndaşı dəniz yolu vasitəsilə Qazaxıstana yola salınıb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən Trend-ə verilən məlumata görə, xüsusi karantin rejimində tətbiq olunan yumşalmalar və iki ölkə arasında əldə olunan razılıq əsasında sərnişinlər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Professor Gül" gəmi-bərəsi ilə 19 may saat 22:30-da Ələt qəsəbəsində yerləşən Bakı limanından Kurık limanına göndərilib.

Sərnişinlərin hər biri yola salınmazdan öncə koronavirusa qarşı testdən keçiblər. Həmin şəxslərdə koronavirus aşkar edilməyib. Sərnişinlərin test xərclərini ASCO üzərinə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.