Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulması ilə bağlı işlər aparılır.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O bildirib ki, hazırda heykəlin hazırlanması işləri görülür: "Heykəltəraşlar işləyir, Heydər Əliyev Fondu tərəfindən məsələyə nəzarət olunur. Heykəlin ucaldılması asan başa gələn proses deyil. Yaxın vaxtlarda bu məsələ reallaşdırılacaq".
Milli.Az