Cəmiyyət

Azərbaycanın bölgələrində bulvar, park və istirahət məkanlarına giriş məhdudiyyəti götürülüb

4 May 2020 08:09
0 Şərh     Baxış: 2 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonundan başqa, respublikanın digər ərazilərində bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət bu gündən götürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Bununla belə, xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.c

Qeyd edək ki, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb. Xüsusi karantin rejiminin müddəti mayın 4-də bitməli idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.