Cəmiyyət

Gələn tədris ilindən müəllimlərin sertifikasiyasına başlanılır

1 May 2020 22:30
1 Şərh     Baxış: 3 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət ümumi təhsil müəssisələrində Sertifikatlaşdırma prosesinə 2020/21-ci tədris ilindən başlanacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin təsdiqlədiyi "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası" pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. Təhsilverənlər 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçirlər (bəzi istisnalar var). Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası (7 üzv) yaradılır. Sertifikatlaşdırma 2 mərhələdən ibarət olacaq: test (60 sual/bal) və müsahibə (40 bal) mərhələsi. Test mərhələsindən keçid 30 bal, müsahibə mərhələsindən keçid 20 bal təşkil edəcək. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola biləcəklər. Üzrlü səbəbdən sertifikatlaşdırmada iştirak etməyən və ya keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Sertifikatlaşdırma mərhələli qaydada həyata keçiriləcək və təhsilverənlərə əvvəlcədən sertifikatlaşdırma ilə bağlı hazırlıq və təlimatlandırma imkanları yaradılacaqdır. Sertifikatlaşdırma ödənişsiz həyata keçiriləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.