Cəmiyyət

Bu gün qazanxanaların qaz təchizatı dayandırılır

26 Aprel 2020 20:30
1 Şərh     Baxış: 1 569
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azəriqaz" İstehsalat Birliyi aprelin 26-dan etibarən qazanxanaların qaz təchizatını dayandırır.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, bu addım "Azəristiliktəchizat" ASC-dən daxil olan telefonoqram əsasında atılıb:

"Belə ki, bu gün səhər saatlarında adı çəkilən qurumdan daxil olan telefonoqramda payız-qış mövsümünün başa çatması ilə əlaqədar "Azəristiliktəchizat" ASC-nin balansında olan (isti suya işləyəcək qazanxanalardan başqa) bütün qazanxanaların qaz təchizatının dayandırılmasına göstəriş verilməsi xahiş olunub".

Qeyd edək ki, bir neçə gün öncə karantin rejimi dövründə qazanxanaların qaz təchizatının aprelin 30-dək davam etdirilməsi tövsiyyə olunmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.