Cəmiyyət

Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı - TƏQVİM

24 Aprel 2020 23:33
0 Şərh     Baxış: 3 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

25 aprel Ramazan ayının ilk günüdür.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak vaxtı saat 04:10, iftar vaxtı isə 19:44-ə təyin olunub.

Nəzərinizə Ramazan ayının 1-ci gününün duası çatdırırıq:

"Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin".

Tərcüməsi:

"İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!"

Ramazan ayının bütöv təqviminə buradan baxa bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.