Cəmiyyət

Azərbaycanda daha 44 nəfər koronavirusa yoluxub, 65 nəfər sağalıb, 1 nəfər ölüb

24 Aprel 2020 15:50
0 Şərh     Baxış: 3 433
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasında 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 65 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya, aterosklerotik kardio skleroz, ürəyin işemik xəstəliyi olan 1935-ci il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 1592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1013 nəfər müalicə olunaraq sağalmış, 21 nəfər vəfat etmiş, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 114.410 test aparılmışdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.