Cəmiyyət

Azərbaycanda iki ayda qida məhsullarının istehsalında artım müşahidə olunub

6 Aprel 2020 17:35
0 Şərh     Baxış: 1 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda emal sənayesində yanvar-fevral aylarında 2 milyard manatdan artıq dəyərdə məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 2,1 dəfə, tütün məmulatlarının istehsalında 16,3 faiz, qida məhsullarının istehsalında isə 1,2 faiz artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından qaymaq və xama istehsalı 58,9 faiz, kolbasa məmulatları 12,6 faiz, marqarin istehsalı 27,0 faiz, kərə yağı istehsalı isə 1,5 faiz artıb.

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində isə 85,4 milyon manat dəyərində məhsul istehsal edilib, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə geyim istehsalında 79,6 faiz, toxuculuq sənayesində 25,0 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 40,3 faiz azalma müşahidə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.