Amerika

FED faiz dərəcəsini açıqladı

31 İyul 2025 08:48
Baxış: 415
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Federal Ehtiyat Sistemi (FED) illik faiz qərarını açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Amerika tənzimləyicisinin saytında məlumat yer alıb. Tənzimləyici illik faiz dərəcəsini 4,25-4,50% səviyyəsində saxlayıb.

Qərar Federal Açıq Bazar Əməliyyatları Komitəsi (FOMC) tərəfindən 9-2 səslə qəbul edilib. Fed üzvləri Kristofer Uoller və Mişel Bouman uçot dərəcəsinin hazırkı səviyyədə saxlanmasının əleyhinə səs veriblər.

Qərarda 2025-ci ilin birinci yarısında mülayim iqtisadi artım tendensiyası vurğulanıb. Tənzimləyici vurğulayıb ki, son göstəricilər iqtisadi aktivliyin daha yavaş artdığını göstərir. 

Həmçinin inflyasiyanın hələ də hədəfdən yüksək olduğu, işsizlik səviyyəsinin aşağı səviyyədə qaldığı və əmək bazarı şəraitinin güclü qaldığı bildirilib.

FED növbəti faiz qərarını sentyabrın 17-də açıqlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.