İdman

Ən bahalı 10 afrikalı futbolçu transferi!

31 İyul 2025 22:54
Baxış: 875
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə klubu Qalatasaray, nigeriyalı ulduz Viktor Osimhenin transferini rəsmiləşdirib. O, Napolidən 75 milyon avroya alınıb və bu, Türkiyə Superliqası tarixinin ən bahalı transferi olub.

Osimhen ötən mövsümü Qalatasarayda icarədə keçirmiş və burada 41 oyunda 37 qol vuraraq parlaq çıxış etmişdi. Onun möhtəşəm performansı klubun həm liqada, həm də kubokda çempionluq qazanmasında həlledici rol oynayıb.

"Transfermarkt" məlumatına görə, 26 yaşlı Osimhen, klub dəyişən ən bahalı afrikalı futbolçular siyahısında hazırda üçüncü yeri tutur. O, Frankfurtdan Mançester Sitiyə keçən Omar MarmuşBrentforddan Mançester Yunaytedə keçən Bryan Mbeumo ilə eyni məbləğə transfer olunub.

Ən bahalı 10 afrikalı futbolçu transferi:

Nicolas Pépé: Lille → Arsenal (80 milyon avro)

Victor Osimhen: Lille → Napoli (78.9 milyon avro)

Omar Marmoush: Frankfurt → Manchester City (75 milyon avro)

Victor Osimhen: Napoli → Galatasaray (75 milyon avro)

Bryan Mbeumo: Brentford → Manchester United (75 milyon avro)

Achraf Hakimi: Inter Milan → PSG (68 milyon avro)

Riyad Mahrez: Leicester City → Manchester City (67.8 milyon avro)

Mohammed Kudus: West Ham → Tottenham (63.8 milyon avro)

Pierre-Emerick Aubameyang: Dortmund → Arsenal (63.8 milyon avro)

Naby Keïta: Leipzig → Liverpool (60 milyon avro)

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.