Ölkə

36 zəli tutdular, 3000 cərimə ödəyəcəklər

1 Avqust 2025 17:57
Baxış: 1 204
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kürdəmir rayonunda 36 ədəd zəlini ovlayanlara hökm oxunub. 

Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, həmin şəxslər Kürdəmir rayonu, Prili kəndi ərazisində Çala deyilən ərazidə və Qarasaqqal kəndində saxlanılıblar. 

Saxlanılan rayon sakinləri 1966-cı il S.B., 1981-ci ild E.D., 1984-cü il F.G. barələrində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə ayrı-ayrılıqda baxılıb. 

Məlum olub ki, saxlanılanların hər biri qadağan olunmuş ərazidən 12 ədəd zəli tutublar.  

Məhkəmənin hökmü ilə saxlananların hər biri İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1000 manat cərimə olunublar. Ümumilikdə 36 zəliyə görə 3000 min manat cərimə kəsilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.