Cəmiyyət

DANX: Hələ də tələb olunan sərnişin azalmasına nail ola bilmirik

2 Aprel 2020 14:26
0 Şərh     Baxış: 1 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Sumqayıt və Bakı-Abşeron üzrə sərnişin axınında azalma 70-80 faiz arasında olsa da, hələ də tələb olunan sərnişin azalmasına nail ola bilmirik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, məhdudlaşdırılan dövrə qədər gündəlik daşınan sərnişin sayı Sumqayıt üzrə 22 min 900, Abşeron üzrə isə 23 min 500 nəfər olub:

"Bakı-Sumqayıt-Abşeron halqası üzrə aprelin 1-nə olan statistikaya əsasən, Bakı-Sumqayıt istiqamətində xidmət göstərən cari avtobus sayı 30 ədəd, daşınan gündəlik sərnişin sayı 2 min 320 nəfərdir. Nəzərinizə çatdırım ki, xüsusi karantin rejimi dövrünə qədərki daşınan sərnişin sayı 14 min 550 nəfər olub. Bakı-Abşeron halqası üzrə cari avtobus sayı 49 ədəd, daşınan cari sərnişin sayı 9 min 315 nəfərdir. Məhdudlaşdırılan dövrə qədər gündəlik daşınan sərnişin sayı bu halqa üzrə 23 in 350 nəfər olub. Sumqayıt-Abşeron halqası üzrə cari avtobus sayı 56 ədəd, daşınan sərnişin sayı 9 min 304 nəfərdir. Analoji əvvəlki dövrlərdə sərnişin axını bu istiqamət üzrə 22 min 900 nəfər olub. Sərnişin axınında hər halqa üzrə azalma 70-80 faiz arasında olsa da, hələ də tələb olunan sərnişin azalmasına nail ola bilmirik".

N.Allahyarova sərnişinlərdən Operativ Qərargahın yeni tələblərinə əməl edərək, evlərindən rəsmi iznləri və ya tələblərdə qeyd edilən vacib səbəblər haqqında əsaslandırmaları olmadan zəruri səbəbdən səfərə çıxmalı olan insanların yollarda ləngiməsinə səbəb olmamalarını rica edib.

O, bütün avtobusların salonlarının yoxlanıldığını qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.