Cəmiyyət

Hüquqi şəxsin ləğvi qaydası dəyişir

2 Aprel 2020 11:12
0 Şərh     Baxış: 1 234
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hüquqi şəxsin ləğvi qaydası dəyişir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ləğvetmə komissiyası dövlət büdcəsinə işsizlikdən sığorta haqları  üzrə borcların olub-olmamasını da müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edəcək.

Hesabdan pul vəsaitinin silinməsinin növbəliyi də dəyişir. Layihə qəbul ediləcəyi təqdirdə üçüncü növbədə işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə də həyata keçiriləcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn keçirilən iclasında müzakirə edilən qanun layihəsi parlamentin növbəti plenar iclasına tövsiyə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.