Cəmiyyət

Azərbaycanda KİV-lərlə bağlı yeni qaydalar müəyyən edilir

1 Aprel 2020 13:57
Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda kütləvi informasiya vasitələri ilə bağlı yeni qaydalar müəyyən edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirələrə tövsiyə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.