Cəmiyyət

Azərbaycanlı jurnalist və qızı koronavirusa yoluxdu

1 Aprel 2020 09:39
2 Şərh     Baxış: 2 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15 yaşlı qızı və özü koronavirusa yoluxan Azad Azərbaycan Televiziyasının Avropa bürosunun müxbiri Şahin Abbasov səhhəti barəsində danışıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, "ATV Xəbər"ə qoşulan Şahin Abbasov son vəziyyəti ilə bağlı məlumat verib.

"Mən dərhal koronavirusla bağlı yaradılan qaynar xəttə zəng vurdum. Telefonda mənə suallar verdilər. Mənə analiz verməli olduğumu söylədilər. Dünən axşam analizin cavabı pozitiv çıxdı. 8 gündür ki, bu vəziyyətdəyəm.

Özümü ağır qripə yoluxmuş kimi hiss edirəm. Vəziyyətim ağır olmadığına görə evdə müalicə alıram. Mənə ətraf mühitlə təmas qadağan qoyulub".

Qeyd edək ki, Almaniyada koronavirusdan son sutka ərzində daha 66 nəfər həyatını itirib. Ölkədə virusdan ölələrin sayı 541 nəfərdir. Son sutka ərzində bu ölkədədaha 4751 nəfər virusa yoluxub. Bununla da, ölkədə koronavirus daşıyıcılarının sayı 62500-ə çatıb.

Qeyd edək ki, yoluxma faktı daha çox Bavariya, Şimali Reyn-Vestfaliya, Baden-Vütemberq və Berlində qeydə alınıb

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.