Cəmiyyət

“Avropada ikinci vərəm tüğyanı başlayıb və ikinci dəfə peyvəndə qayıdacaqları gözlənilən idi"

31 Mart 2020 18:24
0 Şərh     Baxış: 2 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Uşaq vaxtı BSJ peyvəndi vurulmuş heç kim özünü koronavirusdan qorunmuş zənn etməsin".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl İctimai TV-də yayımlanan "Gəl danışaq" verilişində qonaq olan zaman deyib. Həkim bildirib ki, belə bir iddia yayılıb və bu, sözsüz ki, araşdırılacaq:

"Mədəni dünyada son zamanlar belə fikir yaranmışdı ki, bir çox xəstəliklərdən qorunmuşuq, əhali tam gigiyenik şərtlərə əməl edir. Artıq insanlar müəyyən peyvəndlərdən imtina edirdi. Bu, Avropada, Amerikada daha yayğın idi. İndi baxırlar ki, bu cür cəmiyyətdə insanlar milçək kimi qırılır. Alimlər hazırkı rəqəmlər üzərindən riyazi model formalaşdırıb. Uşaq vaxtı respirator xəstəliklərə qarşı BSJ peyvəndi vurulmuş insanlarda "COVİD-19" riskinin daha az olması iddiası ilə bağlı araşdırmalar aparılacaq, bu fikir təsdiqlənsə, o zaman elmə şamil olunacaq. Bu da çox uzun bir vaxt alacaq. Ancaq faktiki olaraq vərəm peyvəndindən biz uroloqlar xərçəng xəstəliyinin müalicəsində çox istifadə edirik. Bu peyvəndin sidik kisəsinin xərçəngini sağaltma təsiri var".

Uroloqun sözlərinə görə, peyvənd məsələsində qanunvericilik sərtləşdiriləcək: "Avropada ikinci vərəm tüğyanı başlayıb və ikinci dəfə peyvəndə qayıdacaqları gözlənilən idi. Bir də peyvəndin Hindistan, Pakistandan gətirilməsi ilə bağlı iddialara cavab olaraq onu qeyd etmək istəyirəm ki, bizə tamamilə dünya standartında peyvənd gəlir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.