Cəmiyyət

Naxçıvana xaricdən gələn vətəndaşlarımız tibbi yoxlamadan keçəcəklər

24 Mart 2020 21:21
0 Şərh     Baxış: 1 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvana xaricdən gələn vətəndaşlarımız tibbi yoxlamadan keçəcəklər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bildirib ki, Naxçıvan Muxtar Respublikasında izolyasiya yeri kimi Yoluxucu Xəstəliklər Mərkəzi müəyyən edilib. Mərkəzdə karantinə alınan xəstələrin müayinəsi və virus aşkar edilən xəstələrin müalicəsi üçün lazımi şərait yaradılıb, yeni laboratoriya qurulub.Ali Məclisin Sədri tapşırıb ki, Səhiyyə Nazirliyi tərəfindən mərkəzin fəaliyyəti nəzarətdə saxlanılmalıdır. Eyni zamanda muxtar respublikada tibbi ehtiyatların yaradılması davam etdirilməlidir. Səhiyyə Nazirliyinə tapşırılıb ki, muxtar respublikanın tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətini, eləcə də vacib göstərişlər olmadan və zərurət yaranmadıqda ambulator xəstə qəbulunu dayandırsın. Nazirlik Dövlət Gömrük Komitəsi ilə birlikdə xarici ölkələrdən qayıdan muxtar respublika sakinlərini gömrük-keçid məntəqələrində tibbi yoxlamadan keçirməli, hərarəti olanlar təcili Yoluxucu Xəstəliklər Mərkəzində karantinə alınmalı və müvafiq tədbirlər görülməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.