Cəmiyyət

"Dərs vaxtı” verilişinin martın 25-i üçün cədvəli müəyyənləşdirilib

24 Mart 2020 20:21
1 Şərh     Baxış: 2 408
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 25-də "Dərs vaxtı" proqramı çərçivəsində həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən start veriləcək.

Bu barədə Milli.Az-a Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

"Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist...) kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, eyni zamanda, da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.