Cəmiyyət

"Arash Medical Company" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat vəsait ayırıb

23 Mart 2020 19:49
Baxış: 979
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin koronavirus (COVID-19) infeksiyasına Azərbaycanda yoluxma hallarının qarşısını almaq məqsədilə səsləndirdiyi çağırışa öz korporativ sosyal məsuliyyətini yerinə yetirərmək məqsədi ilə "Arash Medical Company" qoşulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Arash Medical Company" cənab Prezidentin imzaladığı 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat vəsait ayırıb.

Bununla da müəssisə koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlərə öz töhfəsini verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.