Cəmiyyət

Bakıda mağazadan 200 min manatlıq ərzaq oğurlayan şəxs saxlanılıb

21 Mart 2020 15:03
0 Şərh     Baxış: 2 021
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda mağazadan oğurluq edən şəxs tutulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərən oranın keçmiş işçisi olan Ucar rayon sakini K.Hüseynov saxlanılıb.

Araşdırma nəticəsində onun 2019-cu il dekabr ayının 10-dan cari il mart ayının 19-dək olan müddətdə həmin marketin anbarından naməlum şəxslərlə birgə 200 000 manat dəyərində ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.