Cəmiyyət

Avropada yaranan ilk Azərbaycan teatrı “Tumurcuq” 1 yaşını qeyd edib - FOTO - VİDEO

18 Mart 2020 14:46
0 Şərh     Baxış: 1 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə İsveç Krallığının Stokholm şəhərində Azərbaycan İsveç Dram Teatrı "Tumurcuq" 1 yaşını öz kollektivi ilə bərabər qeyd edib.

"Tumurucuq"un kollektivi ilə bərabər keçirdiyi kiçik toplantı zamanı teatrın bədii rəhbəri və rejissoru Sevinc Nəzərli və teatrın aktyorları öz ürək sözlərini, arzu və istəklərini onları sevənlərə, ictimaiyyətə çatdırıblar. Sevinc Nəzərli bildirib ki, yeni layihələr üzərində ciddi iş gedir. "Hazırda həm isveç, həm də ingilis dilində tamaşalar hazırlanır. Teatr yaxın gələcəkdə qastrollara getməyi planlaşdırır. Çox sevindiricir ki, teatra maraq günü-gündən artır və yazılmaq istəyənləri sayı çoxalır. Həmçinin, xanım rejissor onu da arzuladı ki, tezliklə bu qara buludlar bütün dünyanın üzərindən çəkilsin, teatr sevərlər və teatrın əməkdaşları öz doğma məkanlarına qovuşub çoxlu seyrci alqışı ilə yenidən teatr səhnələrini xalqın üzünə aça bilsinlər".

Teatrın gənc aktyorları isə, öz növbələrində, qeyd etdiblər ki, teatrı çox sevirlər, burda yaxşı dostlar tapıblar, yeni maraqlı tamaşalar oynamaq istəyirlər, qastrol səfərlərə çıxmağı gözləyirlər və həmyaşıdlarını teatra dəvət edirlər. Son olaraq Sevinc Nəzərli 10 mart Azərbaycan Milli Teatr günü və 27 mart Beynəlxalq Teatr günü münasibə ilə həm xalqımızı həm də bütün dünyada teatr sevənləri ürəkdən təbrik edərək uğurlar arzulayıb. Eyni zamanda, 24 mart "Tumurcuq"un yaranması münasibəti ilə öz kollektivini təbrik edərək, bir olmağı və birlikdə olaraq yeni nailiyyətlərə imza atmağı arzulayıb. Teatrın yarandığı ilk gündən bu yolda onunla bərabər addımlayan dostlarına isə ürəkdən təşəkkür edib.

Xatırlatmaq istəyirik ki, "Tumurcuq"un ilk premyerası Cumhuriyyətimizin 101 illiyinə həsr olunaraq "101 uşağın nəvələri" adlı tamaşa ilə səhnəyə çıxıblar. Tamaşa Azərbaycan dilində olub. Hazırda azərbaycanlılarla yanaşı müxtəlif xalqların uşaqları da teatra qatılıb. Məqsəd, festivallarda iştirak etmək, bununla yanaşı Azərbaycan mədəniyyətini və incəsənətini ədəbiyyatı, folkloru avropada və dünyada tanıtmaqdır. Onu da qeyd edək ki, Tumurcuq teatrı İsveç Xalq Teatrının (Riksteatr) bir qoludur və bərabər iş birliyində olaraq Azərbaycan və İsveç Krallığı arasında mədəni əlaqələrin yaranmasına xidmət edir. Bu əməkdaşlıq çərçivəsində yaxın gələcəkdə İsveç Teatrının Azərbaycana qastrol səfəri planlaşdırılır.

"Tumurcuq" teatrının bədii rəhbəri və rejissoru Sevinc Nəzərlinin sızlərinə görə, "10 Mart Milli Teatr Günü, eyni zamanda, 24 mart "Tumurcuq" teatrının yaranması münasibəti ilə hazırlanan Kastinq layihəsi çərçivəsində çox böyük və təmtəraqlı tədbir keçirilməsi planlamışdırılmışdı amma İsveç dövlətinin məlum Corona virisu önləmə səbəbi ilə qərara aldığı qaydalara əməl etmək məqsədi ilə tədbir təxirə salınıb. Bununla belə, Sevinc Nəzərili yaxın gələcəkdə layihənin və kastinqin keçiriləcəyini xüsusi vurğulayıb.

Elnur Eltürk
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.