Cəmiyyət

BNA vətəndaş qəbulunu müvəqqəti dayandırdı

17 Mart 2020 17:33
0 Şərh     Baxış: 844
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən koranavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məsqədi ilə tətbiq edilən sosial izolyasiya tədbirlərinin davam etdiyi müddətdə Bakı Nəqliyyat Agentliyində vətəndaşların qəbulu müvəqqəti olaraq dayandırılır.

Agentlikdən Milli.Az-ə verilən məlumata görə, bu müddətdə vətəndaşlar Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı müraciətlərini poçt vasitəsi ilə və ya [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Sosial izolyasiya müddətində daxili görüş və iclasların təşkilində dəyişiklik edilib. Zəruri olan məsələlərin müzakirəsi informasiya və komunikasiya texnologiyalarından istifadə olunmaqla həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.