Cəmiyyət

Qaxda yük maşını piyadanı vuraraq öldürüb

14 Mart 2020 20:56
0 Şərh     Baxış: 692
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün axşam saatlarında Qax-Tasmalı avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Əmbərçay kənd sakini, 1954-cü il təvəllüdlü Fikrət Sadıq oğlu Əhmədov yük maşını tərəfindən vurulub.

Qəzadan sonra yük maşınının hadisə yerindən qaçdığı bildirilir.

Ağır bədən xəsarətləri alan Fikrət Əhmədov Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.