Cəmiyyət

Azərbaycanlı və türkiyəli mütəxəssislər koronavirusdan qorunmaq yollarına dair fikir mübadiləsi aparıblar - FOTO

4 Mart 2020 22:10
Baxış: 1 151
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycandan bir qrup mütəxəssis COVID-19 infeksiyası ilə bağlı Türkiyənin təcrübəsini əldə etmək məqsədilə Ankarada səfərdə olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən təşkil olunan səfər çərçivəsində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və heyət üzvləri Türkiyə Səhiyyə Nazirinin müavini Əminə Alp Meşe ilə görüşüblər.

Görüşdə, hazırda dünya ictimaiyyətini narahat edən koronavirusun yayılmasının səbəbləri, ondan qorunmaq yollarına dair səmərəli fikir mübadiləsi aparılıb.

Türkiyə Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər və laboratoriyalar üzrə struktur rəhbərləri, tanınmış alimlər Ali Göktepe və Gülay Korukluoğlu ilə keçirilən görüşlərdə COVID-19 infeksiyasına qarşı mübarizəyə dair təcrübə mübadiləsi aparılıb.

COVID-19 infeksiyasına qarşı Azərbaycanda görülən əks-epidemik tədbirlər barədə ətraflı məlumat verilib. Qarşı tərəf vurğulayıb ki, ölkəmizdə görülən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının və Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin müəyyən etdiyi qaydalara uyğun aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.