Cəmiyyət

Bakıda yağıntılı hava şəraiti hökm sürür

2 Mart 2020 08:42
2 Şərh     Baxış: 5 377
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacaq.

Milli.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var.

Günün ikinci yarısında qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.