Cəmiyyət

Şəmkirdə baş vermiş avtoqəzada ölən və xəsarət alan şəxslərin kimliyi müəyyən edilib - FOTO

16 Fevral 2020 23:59
1 Şərh     Baxış: 1 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkirdə baş vermiş ağır yol qəzası nəticəsində dünyasını dəyişən şəxslərin adları məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunlar 1987-ci il təvəllüdlü Həsənov Əli Mürsəl oğlu və 1985-ci il təvəllüdlü Aslanov Elmədin Mehbalı oğludur.

Yol-nəqliyyat hadisəsi nəticəsində, həmçinin 4 nəfər - 1984-cü il təvəllüdlü Ağalarov Şahin Əbülfəz oğlu, 1998-ci il təvəllüdlü Əsgərov Anar Mirzə oğlu, 1998-ci il təvəllüdlü Həsənov Elvin Bayram oğlu və 1998-ci il təvəllüdlü Mərdanov Fərid Arzu oğlu xəsarət alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, yol qəzası zamanı iki "Mercedes" markalı minik maşını toqquşub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.