Cəmiyyət

Nazirlər Kabineti vergi və gömrük güzəştlərin tətbiqi qaydasını izah edib

10 Fevral 2020 21:35
0 Şərh     Baxış: 1 119
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabineti vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydasını təsdiq edən qərarı izah edib.

Milli.Az bildirir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş büdcə-vergi siyasətinin əsas prioritet istiqamətləri qeyri-neft sektorunun dinamik inkişafı və həmin sektordan daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisinin artırılması olmuşdur. Bu məqsədlə qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, ixrac yönümlü istehsalın stimullaşdırılması və daxili bazarın qorunması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində vergi və gömrük sahəsində bir sıra güzəşt və azadolmalar müəyyən edilmişdir.

NK-nın qəbul edilmiş Qərarında

vergi və gömrük sahəsində güzəşt və azadolmaların müəyyən edilməsi meyarlarına,
güzəştlər üzrə büdcə itkilərinin hesablanması metodologiyasına,
güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsinə
və güzəştlərlə bağlı məlumatlara dair mərkəzləşdirilmiş reyestrin aparılmasına dair
tənzimləmələr nəzərdə tutulmuşdur.

Təklif edilən metodologiyaya görə güzəştlərin verilməsi

büdcə itkilərinin hesablanması,
ölkənin iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi proqnoz göstəriciləri,
statistik məlumatlar,
güzəşt tətbiq olunan vergi və mülkiyyət növü,
vergi ödəyicilərinin bəyannamələri əsasında güzəşt verilən vergitutma bazası,
idxal-ixrac əməliyyatları,
dövlət gəlirlərinin proqnozlaşdırılması üzrə hesablamalar və digər əlaqəli məlumatlar əsasında həyata keçiriləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.