Cəmiyyət

Bakıda sərxoş sürücü avtomobilini şərab mağazasına çırpıb - VİDEO - FOTO

8 Fevral 2020 08:32
3 Şərh     Baxış: 1 848
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı mağazaya külli miqdarda ziyan dəyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Maqbet Bəşirov idarə etdiyi "VAZ 21015" markalı avtomobillə Tbilisi prospektində Yol Patrul Xidmətinin saxla əmrinə tabe olmayıb.

O, yüksək sürətlə hərəkətdə olan zaman Rəşad Əliyevin idarə etdiyi "İnfiniti" markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan "VAZ 21015" Həsən Əliyev küçəsində yerləşən şərab evinə girib. Bundan sonra M. Bəşirov polis əməkdaşları tərəfindəb saxlanılaraq polis bölməsinə aparılıb.

Mağaza sahibi Həsən Hüseynov bildirib ki, təxminən obyektə 20 min manat ziyan dəyib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.