Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı mağazaya külli miqdarda ziyan dəyib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Maqbet Bəşirov idarə etdiyi "VAZ 21015" markalı avtomobillə Tbilisi prospektində Yol Patrul Xidmətinin saxla əmrinə tabe olmayıb.
O, yüksək sürətlə hərəkətdə olan zaman Rəşad Əliyevin idarə etdiyi "İnfiniti" markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan "VAZ 21015" Həsən Əliyev küçəsində yerləşən şərab evinə girib. Bundan sonra M. Bəşirov polis əməkdaşları tərəfindəb saxlanılaraq polis bölməsinə aparılıb.
Mağaza sahibi Həsən Hüseynov bildirib ki, təxminən obyektə 20 min manat ziyan dəyib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Milli.Az