Cəmiyyət

Günün qoroskopu

18 Aprel 2010 07:00
Baxış: 263
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
GÖYÜN MƏNZƏRƏSİ

18 aprel, bazar V Ay günü.
Günəş - Qoçda, Ay - Əkizlərdə, Merkuri - Buğada, Venera - Buğada, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pulton - Oğlaqda.

MÜNƏCCİM ÖNCƏGÖRÜMLƏRİ

Qoç - İşləriniz rahatlıqla alınacaq. Gücünüz çoxdur və hansı işdən yapışmağınızı dəqiq bilmirsiniz. Ünsiyyətlərinizi çoxaldın.

Buğa - Problemlərlə rastlaşacaqsınız. Əsas fikrinizi ailədaxili münasibətlərə və maddi təminolunmaya yönəldin. Səhhətinizə qarşı diqqətli olun.

Əkizlər - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Ünsiyyətlərinizdən fayda görəcəksiniz. Yaxın hesab edəcəyiniz adamların sizə çox faydası dəyəcək.

Xərçəng - Problemli gündür. Maddid və mənəvi məsələlərdə diqqətli olmalısınız. Bədxahların hiylələrinə uymayın. Maddi imkanlarınızı artırmaq şanslarınız çoxdur.

Şir - İşləriniz rahatlıqla alınacaq. Ünsiyyətlərinizdəki səmimilik öz faydasını göstərəcək. Səhhətinizə qarşı diqqətli olun. Qəzəb hissini unudun.

Qız -  İşləriniz çətinliklə alınacaq. Hər tərəfdən qarşınıza çıxan problemləri azaltmaq üçün gücünüz kifayət qədər çox deyil. Qənaətlə dolanmağı bacarın. Səhhətinizə qarşı diqqətli olun.

Tərəzi -  İşləriniz yaxşı alınacaq. Ünsiyyətlərinizdən faydalanacaqsınız. Maddi durumunuzun səviyyəsi tələblərinizə uyğun gəlmir. Və bu yöndə çalışmalarınızda bir fayda yoxdur.

Əqrəb - Çətinliklərlə keçən bu gün sizin üçün maraqlı surprizlər hazırlayacaq. Maddi imkanlarınızı çoxaltmaq şansını gerçəkləşdirin. Sevgi sahəsində problemləri həll etmək o qədər də çətin deyil.
 
Oxatan - İstedadınızı göstərmək üçün geniş imkanlardan istifadə edin. Sizi bu gün başa düşəcəklər və böyük mübahisə açmağa ehtiyac yoxdur. Ailə daxili münasibətlərdə problemlər qalmaqdadır.

Oğlaq - İşləriniz çətinliklə gedir, yarımçıq qoyduğunuz işləri mütləq tamamlamalısınız. Bu sizin gələcək fəaliyyətiniz üçün əsasdır. Maliyyə və sevgi sarıdan problemləriniz yoxdur.

Dolça -  İşləriniz alınacaq, sifarişləriniz olacaq. Əlinizdəki işləri yüksək keyfiyyətlə tamamlamağa çalışın. Sevgi problemləriniz həll olunmamış qalır.

Balıqlar -  Müəyyən qədər çətinliklərlə keçən bu gündə əsas istiqamətinizdən yayınmayın. Maliyyə və şəxsi işlərinizdə problemləriniz qalmayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.