Günün qoroskopu
18 Aprel 2010 07:00
GÖYÜN MƏNZƏRƏSİ
18 aprel, bazar V Ay günü.
Günəş - Qoçda, Ay - Əkizlərdə, Merkuri - Buğada, Venera - Buğada, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pulton - Oğlaqda.
MÜNƏCCİM ÖNCƏGÖRÜMLƏRİ
Qoç - İşləriniz rahatlıqla alınacaq. Gücünüz çoxdur və hansı işdən yapışmağınızı dəqiq bilmirsiniz. Ünsiyyətlərinizi çoxaldın.
Buğa - Problemlərlə rastlaşacaqsınız. Əsas fikrinizi ailədaxili münasibətlərə və maddi təminolunmaya yönəldin. Səhhətinizə qarşı diqqətli olun.
Əkizlər - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Ünsiyyətlərinizdən fayda görəcəksiniz. Yaxın hesab edəcəyiniz adamların sizə çox faydası dəyəcək.
Xərçəng - Problemli gündür. Maddid və mənəvi məsələlərdə diqqətli olmalısınız. Bədxahların hiylələrinə uymayın. Maddi imkanlarınızı artırmaq şanslarınız çoxdur.
Şir - İşləriniz rahatlıqla alınacaq. Ünsiyyətlərinizdəki səmimilik öz faydasını göstərəcək. Səhhətinizə qarşı diqqətli olun. Qəzəb hissini unudun.
Qız - İşləriniz çətinliklə alınacaq. Hər tərəfdən qarşınıza çıxan problemləri azaltmaq üçün gücünüz kifayət qədər çox deyil. Qənaətlə dolanmağı bacarın. Səhhətinizə qarşı diqqətli olun.
Tərəzi - İşləriniz yaxşı alınacaq. Ünsiyyətlərinizdən faydalanacaqsınız. Maddi durumunuzun səviyyəsi tələblərinizə uyğun gəlmir. Və bu yöndə çalışmalarınızda bir fayda yoxdur.
Əqrəb - Çətinliklərlə keçən bu gün sizin üçün maraqlı surprizlər hazırlayacaq. Maddi imkanlarınızı çoxaltmaq şansını gerçəkləşdirin. Sevgi sahəsində problemləri həll etmək o qədər də çətin deyil.
Oxatan - İstedadınızı göstərmək üçün geniş imkanlardan istifadə edin. Sizi bu gün başa düşəcəklər və böyük mübahisə açmağa ehtiyac yoxdur. Ailə daxili münasibətlərdə problemlər qalmaqdadır.
Oğlaq - İşləriniz çətinliklə gedir, yarımçıq qoyduğunuz işləri mütləq tamamlamalısınız. Bu sizin gələcək fəaliyyətiniz üçün əsasdır. Maliyyə və sevgi sarıdan problemləriniz yoxdur.
Dolça - İşləriniz alınacaq, sifarişləriniz olacaq. Əlinizdəki işləri yüksək keyfiyyətlə tamamlamağa çalışın. Sevgi problemləriniz həll olunmamış qalır.
Balıqlar - Müəyyən qədər çətinliklərlə keçən bu gündə əsas istiqamətinizdən yayınmayın. Maliyyə və şəxsi işlərinizdə problemləriniz qalmayıb.
Milli.Az