Cəmiyyət

Bakıda güclü külək fəsadlar törədib - FOTO

7 Fevral 2020 08:40
0 Şərh     Baxış: 2 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Güclü külək nəticəsində paytaxtda 10-a yaxın ağaca ziyan vurulub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə dünən axşam saatlarından başlayan güclü külək ümumilikdə 10-a yaxın ağacın aşmasına səbəb olub:

"Güclü külək paytaxtın Nəsimi, Nizami, Yasamal, Xətai rayonlarında ciddi fəsadlara yol açıb. Hazırda Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları səhərə qədər ərazilərdə aşmış və qəzalı vəziyyətdə olan ağacların yaratdığı fəsadların aradan qaldırılması üçün tədbirlər görür".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.