Azərbaycan və Səudiyyə Ərəbistanı informasiya sahəsində əməkdaşlığa böyük önəm verir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı digər istiqamətlərdə olduğu kimi, informasiya sahəsində də əməkdaşlığın genişlənməsinə önəm verir.
Bununla bağlı məsələlər AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Haməd Xudeyrin görüşü zamanı müzakirə olunub.
İki ölkə arasında əlaqələrin ulu öndər Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfərindən sonra yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıran Aslan Aslanov deyib: "Azərbaycan Prezidenti İlham Əliyev də dost ölkə olan Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın genişləndirilməsinə daim xüsusi diqqət yetirir. Hazırda iqtisadi, humanitar və turizm sahələrində irəliləyişlərə nail olmaq üçün birgə addımlar atılır".
Görüşdə ölkəmizdə ərəbşünaslıq elminin inkişaf etməsindən məmnunluq hissi ilə söhbət açılıb. Ərəb ədəbiyyatının beynəlxalq miqyasda ən sanballı tədqiqatçılarından biri sayılan görkəmli şərqşünas alim Aida İmanquliyevanın xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb, onun intellektual irsinin müasir dövrümüzdə Azərbaycanla ərəb ölkələri arasında ədəbi-elmi körpü rolunu oynadığı vurğulanıb.
Qeyd olunub ki, AZƏRTAC Səudiyyə Xəbər Agentliyi (SPA) ilə sıx tərəfdaşlıq əlaqələri qurub. Agentliklərimiz beynəlxalq informasiya qurumlarında bir-birini daim dəstəkləyir. SPA agentliyi 2013-2016-cı illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edib. 2016-2019-cu illərdə isə sədrliyi bu quruma rəhbər seçilən AZƏRTAC-a ötürüb. Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) üzvü olan hər iki agentlik ötən müddətdə tərəfdaşlıq əlaqələrini daha da genişləndirə bilib. Hazırda AZƏRTAC mənzil-qərargahı Ciddə şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) Şura üzvüdür. Təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi, agentliklər arasında əlaqələrin möhkəmlənməsi məsələləri ötən ilin dekabrında Ciddə şəhərində Şura sədri, Səudiyyə Ərəbistanının İnformasiya naziri Turki bin Abdullah əş-Şəbana ilə Aslan Aslanovun görüşü zamanı müzakirə edilib.
İki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndiyini deyən səfir Haməd Xudeyr xüsusən turizm istiqamətində böyük irəliləyişlərə nail olunduğunu bildirib. "İqtisadi sahədə əlaqələrin daha da dərinləşdirilməsi üçün birgə işləyirik. Yaxın vaxtlarda energetika sahəsində böyük bir layihənin reallaşdırılması üçün saziş imzalanacaq. Xalqlarımızın bir-birini daha yaxından tanıması məqsədilə mədəni tədbirlər təşkil edirik. Ölkələrimizin daha da yaxınlaşmasında medianın böyük rolu var və bu imkandan səmərəli istifadə etməliyik", - deyə diplomat vurğulayıb.
Görüşdə səfirə 100 illiyini qeyd etməyə hazırlaşan AZƏRTAC haqqında məlumat verilib. Həmçinin müasir medianın inkişaf trendləri, səfirliyin tədbirlərinə informasiya dəstəyi verilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İşimizi şansa buraxmayaq! Avtomobilinizin şassi nömrəsini (VIN) yoxlamaq təhlükəsizliyiniz üçün niyə vacibdir?
-
Azərbaycanda sahibkar işçisinin müalicəsinə görə 100 minlərindən keçdi – Özü danışdı - (Video)
-
Onların maaşının artırılması üçün 550 milyon ayrılır
-
50 və 64 nömrəli marşrutların hərəkət sxemi dəyişdirildi
-
Ayın 26-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib
XƏBƏR LENTİ
-
İşimizi şansa buraxmayaq! Avtomobilinizin şassi nömrəsini (VIN) yoxlamaq təhlükəsizliyiniz üçün niyə vacibdir?
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi
-
Zaqatalada narkotik əməliyyatı: 1,5 kiloqram narkotik götürüldü
-
Formula-2: Qırmızı bayraq qaldırıldı - Yenilənib
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
-
"Şəfa" Tiaqo Silvanı transfer etdi
-
Rusiyada parlament seçkiləri başa çatdı: Putinin partiyasından rekord nəticə
-
Bakıda anbarda güclü yanğın başladı
-
Nəcəf hava limanı İran reyslərini dayandırdı
-
Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır - Kamaləddin Qafarov
-
Fan Forumda Formula 1 coşqusu: Azarkeşlər pilotlarla görüşdü - (Foto)
-
Putin Britaniyadakı səfiri vəzifəsindən azad etdi
-
Azərbaycanda sahibkar işçisinin müalicəsinə görə 100 minlərindən keçdi – Özü danışdı - (Video)
-
Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - (Video)
-
Burak Yılmazın yeni iş yeri bəlli oldu
-
Maks Ferstappen sərbəst yürüşdə ən yaxşı nəticəni göstərdi - Yenilənib
-
Tramp ona qartal heykəli hədiyyə etdi
-
Onların maaşının artırılması üçün 550 milyon ayrılır
-
Formula 1 Azərbaycan Qran-Prisində qəza
-
50 və 64 nömrəli marşrutların hərəkət sxemi dəyişdirildi
-
ABŞ-dən Ukraynaya yeni təklif: Üçtərəfli görüş Əbu-Dabidə keçirilə bilər
-
Litva – Azərbaycan matçının hakimləri açıqlandı
-
Manaf Ağayevə ağır itki
-
Azyaşlı atalığı tərəfindən döyülüb - Ekspertiza təyin edildi





