Cəmiyyət

“Almanın kilosunu 40 qəpiyə verirəm, alan yoxdur…” - Azərbaycanlılar meyvə-tərəvəzi niyə az yeyirlər: Kasıblıq, yoxsa..? - FOTO

19 Yanvar 2020 11:23
26 Şərh     Baxış: 2 840

Azərbaycanlılar çox az meyvə-tərəvəz yeyirlər, baxmayaraq ki, ölkədə meyvə-tərəvəz boldur. Əvəzində isə duz istehlakı normanı keçir.

Bu haqda ötən ilin sonlarında Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı qeyri-infeksion xəstəliklərinin artma səbəblərindən danışarkən bildirmişdi. ÜST-nın qeyri-infeksiyon xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisinin rəhbəri Joao Breda də Azərbaycanda xüsusilə kişilər arasında qeyri-infeksion xəstəliklərin yaranmasına səbəb olan risk faktorları ilə bağlı problemlərin olduğunu bildirib. Səbəblərdən biri isə əhalinin meyvə-tərəvəz yeməməsidir. 

"Azərbaycan dünyada meyvə-tərəvəzlə zəngin olan əsas ölkələrdən biridir. Amma siz onları yemirsiniz. Azərbaycanda insanların meyvə-tərəvəz qəbulu səviyyəsi çox aşağıdır. Bu, sizi narahat etməlidir. Çünki meyvə-tərəvəz insanları xərçəngdən və piylənmədən, ürək-damar xəstəliklərindən qoruyur. Hazırda qlobal miqyasda kənd yerlərində uşaqların piylənməsi daha çoxdur'', - Breda qeyd edib.

ÜST əməkdaşlarının Azərbaycanda qidalanma vəziyyətinə dair səsləndirdikləri göstərici Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin sorğuları zamanı əldə edilib. Mərkəz əhalinin qidalanma vəziyyətini araşdırıb və sorğulardan da məlum olub ki, ölkədə yalnız 25 faiz gündə 400 qram meyvə-tərəvəz yeyir. 

"Orta məktəblərdə azyaşlılar arasında meyvə yeyənlərin sayı yuxarı sinif şagirdlərinə nisbətən yüksəkdir. Yəni yaş artdıqca faiz azalır", - sorğunun nəticələri belə deyir. Üstəlik meyvə-tərəvəz yeyənlərinin 25 faizə çatdırılması asan olmayıb, mərkəz mütəxəssisləri xüsusilə uşaq müəssisələrində təbliğatlar aparılıb, valideynlərə meyvə-tərəvəzin sağlamlıq üçün əhəmiyyəti başa salınıb. 

Milli.Az bildirir ki virtualaz.org əməkdaşları meyvə-tərəvəzin getdikcə qida rasionundakı payının azalması səbəbləri haqda alıcıları, satıcıları danışdırmaq üçün bazara yollanıblar. Bəlli olub ki, bazarlarda bolluqdur, mövsümə görə qiymətlər əlçatandır. Amma meyvə-tərəvəz alıcılarının sayı ildən-ilə aşağı düşür. 

Almanın kilosunu 40 qəpiyə veririk, alan yoxdur...

Bakının ən ucuz bazarı hesab edilən, xalq arasında "Vosmoy bazarı" kimi tanınan 8-ci kilometr ticarət mərkəzində almanın kilosu 40 qəpik-1 manat, portağal 1 manat 80 qəpik-2 manat 40 qəpik, banan 2 manat 20 qəpik, nar 1 manat-1 manat 70 qəpik, üzüm 2 manat, heyva 70 qəpik-1 manat, pomidor 70 qəpik, göyərtinin dəstəsi 10-20 qəpiyə  təklif edilir. Yəni ötən mövsüm bolluq olduğundan bazarlarda mer-meyvə elə də baha deyil. Satıcılar deyirlər ki, ucuzluq olsa da, meyvə alan azdır. 

Qubalı satıcı Səbuhi Əliyev deyir ki, almanın kiloqramını 25 qəpikdən  satır, amma yenə də alan yoxdur. Səhər saat 6-dan bazardadır, günortayadək cəmi 3 kilo alma sata bilib. 

Yaxınlıqdakı satıcı da söhbətə qatılır, deyir ki, gündəlik təlabat malları bahadır, ona görə də çoxlarının meyvə-tərəvəz almağa imkanı çatmır. Əvvəl kilo ilə meyvə alırdılarsa, indi dənə ilə istəyirlər: "Kartof, soğan məcburiyyətdən alınır. Biri mən,  düşünürəm ki, meyvə-tərəvəz almasam da olar".  

Satıcılardan biri isə belə deyir ki, bütün məsuliyyət valideynlərin üzərindədir. Hazır yeməklər, çərəzlər meyvə-tərəvəzi siyahıdan çıxarıb. Valideyn bir alma almağa pul tapmadığını deyir, amma mağazadan cipsi, suraxi alıb uşağına yedizdirir. 

Onu da öyrənirik ki, meyvə-tərəvəz satıcılarının əksəriyyəti alıcı qıtlığından şikayətçidir. Onların sözlərinə görə, yayda mürəbbə mövsümü olduğundan satış yaxşı gedir, indi vəziyyət daha pisdir. Yer haqqını çıxaranda sevinirlər. 

Həkim: Günah valideyndədir

Pediatr Sevil Məmmədovanın fikrincə, problemi meyvə-tərəvəzin bahalığında deyil, valideyndə axtarmaq lazımdır. "Son illər artıq çəkidən əziyyət çəkən uşaqların sayı artıb. Onunla bərabər şəkər, onkoloji, böyrək xəstəlikləri olan uşaqların sayında ciddi artım var. Demək olar ki, xəstə nəsil formalaşır. Bunun günahını yalnız həkimlərdə, səhiyyədə axtarmaq lazım deyil. Bu gün valideyn öz özladının qatilinə çevrilib", - həkim belə deyib. 

Məmmədova onu da bildrir ki, televiziyada reklamların təsir dairəsi böyükdür. Xüsusilə zərərli vərdişi tanınmış şəxslər reklam edirsə, nəinki uşağa, valideynə belə problemi anlatmaq olmur: "Meyvənin immunitet üçün əhəmiyyətindən danışırıq, valideyn əvəzində deyir ki, bir dəfə cipsi yeməklə, ya enerji içkiləri içməklə nə olacaq. Əvvəl ana-ata meyvələrin orqanizm üçün xeyrini bilməlidir, sonra uşağını meyvə yeməyə alışdırmalıdır. Əhalinin sağlam qidalanma vərdişləri getdikcə sıradan çıxır. Yaxın 10-15 ildə bunun zərəri daha qabarış formada özünü büruzə verəcək". 

Niyə meyvə yeməliyik?

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin səhiyyə siyasəti və planlaşdırma şöbəsinin əməkdaşı Gunay Quluzadə isə bildirib ki,  meyvə-tərəvəz yeməyi tövsiyə edənlər əvvəlcə bunun əhəmiyyətini anlatmalıdır. 

"Qeyri-infeksion xəstəliklərin yaranma risqini meyvə ilə azaltmaq mümkündür. Məsələn, infakt və ürək-damar, onkoloji, sinir sistemi xəstəliklərin risqi aşağı düşür. Meyvə-tərəvəz ilə qidalanma boy, çəki, yaxud xəstəliklərə görə dəyişir. Amma orta göstəricilərə görə hər bir insan gün ərzində 4-6 pay meyvə-tərəvəz yeməlidir. Məsələn, mğvsümə görə 1 dilim qarpız, 10 ərik, 1 alma, 15 gilə üzüm yeyilməlidir.  Sübut olunub ki, gilas güclü ağrıkəsicidir, 20 dənə gilasda 12-25 mq ağrıkəsici maddə var. 1 kivi gündəlik vitamin c-yə olan təlabatı ödəyir. Daimi meyvə qəbulu infakt, xərçəng, şəkərə yoluxma risqini azaldır",-Quluzadə belə deyib. 

Onun sözlərinə görə, məktəblərdə meyvə satılması tövsiyə olunur, çünki sağlam qidalanma vərdişi uşaq yaşlarından formalaşmalıdır. 

"Aşağı sinif şagirdləri daha çox meyvə yeyirlər, yuxarı sinif şagirdləri isə marketlərdən cipsi, yaxud şokolad alırlar. Düşünürük ki, məktəblərdə meyvə satılsa heç olmasa uşaqlar alıb yeyərlər. Bu işdə eləcə də müəllimlərin üzərinə iş düşür, bilməlidirlər ki, sağlam nəsil üçün sağlam qidalanmaq vacibdir. Artıq bütün dünyada sağlam qidalanmaya diqqət artıb", - həmsöhbətimiz bildirib.

Beləliklə, azərbaycanlıların gündəlik rasionunda meyvə-tərəvəzin payının Ümumdünya Səhiyyə Təşkilatının diqqətini cəlb edəcək dərəcədə azalması doğrudan da narahatlıq doğurur. Amma bunun səbəblərini ayrıd etmək elə də asan deyil-belə görünür ki, söhbət həm insanların alıcılıq qabiliyyətinin gündəlik rasionlarında meyvə-tərəvəz istifadəsinə imkan verməyəcək qədər aşağı olmasından da gedir, həm ortada düzgün qidalanmama vərdişlərinin ciddi rolu var.

Milli.Az

loading...

Şərh yaz:

26 Şərh:

  • Anonim
    gizli · 19 Yanvar 11:3980

    Əhali neynesin pul çatmır almağa bilmirsən hansı xərci oseyesen Ona görə də meyvə tərəvəz almağa gücümüz catmir

    Cavab yaz
  • Anonim
    gizli · 19 Yanvar 11:4080

    Şəxsən mən ala bilmirəm ayda bir dəfə alaram ya da yox

    Cavab yaz
  • Anonim
    Anonimka N · 19 Yanvar 12:4481

    Şükür demək olar ki, hər zaman süfrəmizdə meyvə olur, çuşaqlara hər gün yedizdirirəm.Əlbəttə günah valideynlərdədir hər gün uşağa çipsi, sugaring və yaxud başqa hazır və lazımsız şeylər alıb yedizdirmək dərsə meyvə alsalar həm sərfəli həm də faydalı olar.Mənim uşaqlarım yalvarırlar ki, çipsi, suxari al almıram 99% səbəbini də başa salıram, 1% hallarda alıram o da ona görə ki, gözləri başqalarında qalmasın.

    Cavab yaz
    • Anonim
      Əsranur · 19 Yanvar 15:4711

      Bağışlayın,sugaring hansıdır?

      Cavab yaz
      • Anonim
        Thanks · 19 Yanvar 16:4300

        Canim menim suxarık yazmaq istib yeqin..qurudulmus coreye dadandirici qatib her dad da satisa buraxirlar.

        Cavab yaz
  • Anonim
    Anonimka N · 19 Yanvar 12:4751

    Demirəm bütün meyvələr olur həmişə amma mövsümə uyğun gücümüz hansına çatırsa alırıq.İndi alma boldur , alma da alırıq, naringi də.Yəni demək istəyirəm ki, ziyanlı qidalara xərcləməkdənsə alma alıb yedizdirmək daha məqsədə uyğundur.

    Cavab yaz
  • Anonim
    no name · 19 Yanvar 12:50134

    Əhalinin sadəcə dili öyrəşib.Bir şeyi dəfələrcə öz-özünə təkrarlasan insanın özünün də ona inanmasına səbəb olur.Camaat o qədər bahalıq deyib özünü qorxudubki...Axı kiloqramı 40 qəpik olan məhsulun nəyi bahadır?Yoxsa camaat istəyir gətirib pulsuz versinlər?Meyvəyə aylıq tələbat kimi ödənişi hesablayanda heç 20 manat etmir.Ayda 15-20 manat meyvəyə gedir hələdə "bahadır" deyirlər.İkinci tərəfdən kasıb doğulmaq insanın günahı deyil amma kasıb olmaq insanın günahıdır.Bəziləri gecə-gündüz oxuyub dəridən qabıaqdan çıxıb elm öyrənir,yüksək təhsil alır və layiqli işdə işləyir,yaxşı maaş alır...həmin anlarda da bəziləri vaxtını çayxanalarda keçirir boş-boşuna...iş gəlib yerinə çatanda hər şey baha olur.İnsan öz ağlının məhsulunu yeyir.Sadəlöhv düşüncənin gətirdiyi qazanc üçün əlbəttə hər şey baha kimi görünəcək.

    Cavab yaz
    • Anonim
      Uuu · 19 Yanvar 14:3571

      Ama.mollara pul tapirlar...40 qepik almaya pul tapmirlar ama bahali telefon almaqa pul tapirlar.rusiyada yasiram ama menim sensorlu telim yoxdu.knopkali tel isledirem. Usaqimin boqazimdan kesib tlefona pul vere bilmerem

      Cavab yaz
  • Anonim
    HACI · 19 Yanvar 14:3960

    Məktəb həyətində meyvə ağacları əkmək lazımdır.Şam küknardan meyvə xeyirdir.

    Cavab yaz
  • Anonim
    yerli · 19 Yanvar 14:5770

    insanlar neynesinler yas yerlerinin toylarin elinden ellerde pul qalir ki bir ozlerine mer meyve alsinlar.

    Cavab yaz
  • Anonim
    asi · 19 Yanvar 15:1474

    O meyvə tərəvəz bizdə olsaydı, dərdim olmazdl)..heyvanın kilosjnu 199 rubla alırıq, 5 qəpiklik dadı olmur..Dadlı, vitaminli təzə meyvə tərəvəzi qəpiklə alanda da deyirlər bahadl.. Amma elə şeylərə pul tapırlar ki.. 40qəpiklik almanı, 70 qəpiklik heyvanı baha hesab edənlər heç bazarın geyimlərini bəyənib almlr, ticarət mərkəzlərindən geyinirlər.. Yəni bu mənim öz gözümlə gördüyüm vəziyyətdi, söz xətri yazmıram.. Vasmoy bazarına girib “bahaçılıqdı, bazara od tökükür” deyənlərin bahalı tm-də bir cins şalvara 80-90 manat pul tapdığını, tarqovudakı restoranlara pul tapdığını çox görmüşəm)..

    Cavab yaz
    • Anonim
      Thanks · 19 Yanvar 15:3620

      Olenlerine rehmet ay asi can mende yazmisam ele onu..balaca imkam vermedi adim evezine uu herifi dusub ..vallah burdako qiymetleri gorseler neylerler goren...qaynim der narin 1 kqsi 1 manatdi.burda ama od qiymetine dadida yoxdur..ama kredite girib masin ,telefon zorzibil alirlar

      Cavab yaz
      • Anonim
        asi · 19 Yanvar 15:5424

        Elədir). Nar biz tərəfdə də bahadı, alırsan çoxu da yaxşı çıxmlr.. Hərdən yaxşıları olur, onun da o saat qiymətini qaldırlrlar)..

        Cavab yaz
        • Anonim
          Thanks · 19 Yanvar 18:5400

          Bizimki derki qardasina 1000 rubl gonderim azene cevir ne qeder edie o qeder nar al.gonder avtobus pulunda vererem teki korpeler nar yesin.dehset sevirler meyveni

          Cavab yaz
          • Anonim
            KMV · 19 Yanvar 19:1400

            Siz yeqin cox uzaqdasiz bizde 80 rubdu narda heyvada ozude azerbaycaninki ,yerli heyvada var,meyve azerbaycan qiymetinedi

            Cavab yaz
  • Anonim
    Goresen · 19 Yanvar 16:0510

    Şeherde 80 qepiye alma hardadir? Merkezde 1 manat 70 qepiyedir. Camaat neylesin.

    Cavab yaz
  • Anonim
    Xanim · 19 Yanvar 16:1700

    Ne 25 qepik 2 manatdan asagi Alma yoxdu cammatda pul var 2 manata 4 gun corek alarlar

    Cavab yaz
    • Anonim
      asi · 19 Yanvar 17:0614

      Valla bilmirəm, kilosu 2 manata olan alma nə almasldı, amma ki, mənim anam deyir yerli Quba almasının 4 kilosu 1 manata satılan vaxtı da olur, özdə çox dadlı və şirəli olur.. Hər dəfə də meyvədən söz düşəndə deyir anası qurban balalarım düz əməlli meyvə tapmır yesin, yaxın ola alam göndərəm yeyələr nəvələrim, su qiymətinə bazar doludu)..Bizdə isə ən ucuz alma hal hazırda 100-120 rubldu, onu da heç almağa dəyməz., Yaxşıları isə növünə görə daha bahadı..Həmin baha alna usı, bizim 40 qəpiyə olan almanın yanında 20 qəpiklik kimi görsənər)..

      Cavab yaz
      • Anonim
        Thanks · 19 Yanvar 18:5600

        Allah canin saq elesin anamizin.duz deyir orda yasayanda bizde sentyabrdN baslib o 4-5 kqsi 1 manaya olan almadan alirdiq.qeseng cemide olir asi.hemen ucuz alma sezonunda mandelinide 1 manata alirdiq.milletimiz xarice baxib ele aglasma qururlar.gelib colculuyi gorseler quru coreye sukur ederler

        Cavab yaz
  • Anonim
    Rəssam · 19 Yanvar 16:3660

    Almaya baha deyənlərə Allah insaf versin, amin.

    Cavab yaz
  • Anonim
    Konul · 19 Yanvar 17:2400

    Milletimiz nece etsin axı hec menım wexsen rastıma ucuz alma cıxmayıbkı, hele alımda.....?Qaldıkı en ucuz alma,armudu bele 3-4manatdan awaqı qiymete vermırler.Arada alma aldım ici zeher kimi aci,qutlu dadaız,tamsız bele meyveni nece alıb yeyek.?Piw taztalarda meyveleri 2-3ay sazlayıb qurtlayanda ucuz verirler ehali nece alsın baliq iylenir butun meyveler.Goy alirıq ondanda salyarka,baliq iyi gelir ,goyun desteside spicka boyuklukde olur.Neylesin insanlar normal neyse satilirki alıb yeyek hele bır uwaqlarada verek .

    Cavab yaz
    • Anonim
      Thanks · 19 Yanvar 18:5710

      Beyenmediklerinize niye nasukurluk edirsiz.burda goyertin kilosu 4 manatdan baslir 1 manatliq goy alanda bir damci dusur.asi heqiqet adamidir yalan deyiremse desin

      Cavab yaz
    • Anonim
      Papatya · 19 Yanvar 20:4723

      Biz de həyətə getirirler göyərtini. Qiyməti ucuz, həm de elə gözel olur ki. Dəstəsi də iri. Amma kənarda, nə bilim öz mağazasinda və.s qoyub satanlar da biraz özləri qoyur üstünə. Amma həqiqətən kənarda satılan göyərtilər de qəşəng olur. Evə gətirəndən sonra dəstəni açıb biraz suda saxlayın. Mən lap biraz ya duzlu, ya da biraz sirkeli suda gözledirem. Sonra yaxalayıb istifadə edin.

      Cavab yaz
  • Anonim
    Объясняю · 19 Yanvar 18:1800

    40 qəpikdən alma bazarda, satışda olmur. Bu, almanın optovoy alverçilərə satılan qiymətidi. Bazara, marketə parketə gəlib çıxınca qiymət manatı ötür. Əslində alıcı da var, prosto torpağımızda mermeyvə boldu, maşallah olsun, ona görə gözə görünmür istehlak.

    Cavab yaz
  • Anonim
    Papatya · 19 Yanvar 20:3833

    Qaynanam bazardan alış veriş etdiyi üçün bilirəm. münasib qiymətədi alma. Düzdü almadan almaya fərq var. Arada 20, 30qəpik dəyişiklik göstərir. Kilosu 1manat, manat yarıma satılanlar daha yaxşıdır.

    Cavab yaz
  • Anonim
    muasir · 20 Yanvar 09:3910

    bizleri mer meyve. saqlamliq. kutlevi idman tedbirleri maraqlandirmir bizler yalniz toy ve yas merasimlerini nece edek ki daha da israfci ve debdebeli kecirmek maraqlandirir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.