Cəmiyyət

Bu ilin birinci Ay tutulması olub

11 Yanvar 2020 07:05
0 Şərh     Baxış: 1 784
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin 1-ci Ay tutulması olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu, yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi saat 21:08-də başlayıb və 01:12-də sona çatıb.

Maksimum tutulma saat 23:11-də müşahidə edilib. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olub. Belə ki, Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünüb. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunub.

Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.